Kiyevin arsenalında qalan son Mi-14 amfibiya helikopterlərindən biri Ukrayna üzərində uçarkən görülüb.
Herbiand.az bildirir ki, görüntülər "Воевода вещает" Telegram kanalı tərəfindən işıqlandırılıb.
Videoda nadir Mi-14-ün magistral yolun üzərində aşağı hündürlükdə uçduğu görünür. Qeyd olunub ki, Ukraynanın 2022-ci ildən əvvəl dörd Mi-14PL sualtı qayıq əleyhinə helikopteri olub. Bu helikopterlərdən ən azı ikisi məhv edilib. Həmçinin, Polşanın istismardan çıxarılmış Mi-14-ləri Kiyevə bağışlamış ola biləcəyi də ehtimal olunub.
Bəxtiyar CƏFƏRLİ