Advertisment

Britaniyanın müdafiə naziri Rusiyanın hədəfində

Britaniyanın müdafiə naziri Con Helinin də olduğu Kral Hərbi Hava Qüvvələrinə məxsus Dassault Falcon 900LX təyyarəsi Rusiya sərhədi yaxınlığında uçarkən elektron müharibə sistemləri tərəfindən hücuma məruz qalıb.

Herbiand.az xəbər verir ki, bu barədə "The Times" və "PA Media" qəzetləri məlumat yayıb.

Təyyarənin GPS-də fasilə üç saat davam edib.

"The Times" yazır: “Nazir, siyasi və hərbi müşavirlər, iki fotoqraf və "The Times" qəzetinin müxbiri ilə birlikdə cənub-şərqi Estoniyada yerləşən Britaniya qoşunlarını ziyarət etdikdən sonra evə qayıdırdı. "The Times" qəzetinin məlumatına görə, hücumun arxasında Rusiyanın olduğu güman edilir.