ABŞ Hərbi Dəniz Qüvvələri Boeing şirkətinin MQ-25A “Stingray” daşıyıcı əsaslı yanacaqdoldurma dronunun az həcmdə istehsalını təsdiqləyib.
Herbiand.az bildirir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsini icra edən Hun Kao açıqlayıb.
Pilotsuz yanacaqdoldurma dronlarının yerləşdirilməsi döyüş imkanlarını genişləndirəcək və ABŞ daşıyıcı hava qruplarının dözümlülüyünü artıracaq.
ABŞ donanması ilk üç partiyada bu dronlardan 11-ə qədər almaq niyyətindədir. Ümumilikdə, daşıyıcı əsaslı pilotsuz yanacaqdoldurma donanmasında 72 ədəd dronun olacağı planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ