Advertisment

Tramp Polşaya 5000 əsgər göndərir

Pentaqonun Polşaya 4000 əsgərin göndərilməsini dayandırmaq qərarından bir həftə sonra Tramp ölkəyə əlavə 5000 əsgərin göndəriləcəyini elan edib. O, buna səbəb kimi Polşa prezidenti ilə yaxşı münasibətlərini göstərib.

Herbiand.az xəbər verir ki, Tramp 22 may cümə günü gecəsi “Truth Social” sosial media hesabında yazıb: "Qürurla dəstəklədiyim hazırkı Polşa prezidenti Karol Navrotskinin uğurla seçilməsi və onunla münasibətlərimiz nəzərə alınmaqla, ABŞ-ın Polşaya əlavə 5000 əsgər göndərəcəyini məmnuniyyətlə elan edirəm.

Tramp bunun tamamilə yeni bir kontingent, yoxsa 13 mayda Polşaya planlaşdırılan yerləşdirilməsi gözlənilmədən ləğv edilən 4000 nəfərlik 2-ci Zirehli Briqada, 1-ci Süvari Diviziyası olduğunu dəqiqləşdirməyib.

"Politico" öz mənbələrinə istinadən xəbər verir ki, bu Polşa ordusunda qəzəblə qarşılanıb. Çünki onlar bu barədə xəbəri mediadan alıblar.