Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya 2020-ci ildən bəri ilk dəfə Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Kiyevə gəlib. S
Herbiand.az xbər verir ki, siyasətçi səfərinin başladığını 25 may bazar ertəsi səhəri Telegram kanalında elan edib.
Belarusun "Zerkalo" nəşrinin məlumatına görə, Tixanovskayanın müşavirləri və əməkdaşları onunla birlikdə Kiyevə gəliblər. Siyasətçini səfərdə jurnalistlər də müşayiət edir. “RBC-Ukrayna” agentliyinin məlumatına görə, Tixanovskayanı dəmir yol vağzalında Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor qarşılayıb.
"Zerkalo"nun məlumatına görə, siyasətçinin Ukrayna rəhbərliyi ilə görüşü planlaşdırılır. O, həmçinin ölkənin bərpası üçün beynəlxalq dəstəyi səfərbər etməyə yönəlmiş illik Şəhərlər və Regionların Beynəlxalq Sammitində iştirak edəcək.