Advertisment

16 yaşlı cırtdan oğlan deputat olmaq istədi, lakin arzusuna çatmadı

Nigeriyada Mahmud Sadis Buba adlı tanınmış cırtdan oğlan az qala parlament üzvü olacaqdı. Lakin onun planlarını sadə yalan və ardınca olan qalmaqal pozub.

Herbiand.az bildirir ki, bu barədə Oddity Central nəşri yazıb.

Buba yaydığı videolarında orta məktəb diplomuna sahib olduğunu və əvvəllər sürücü işlədiyini iddia edib. O, qısa boylu və uşaq görünüşünü cırtdanlığın bir forması ilə əlaqələndirib və 30 yaşında olduğunu əmin edib.

Lakin tez bir zamanda onun əslində cəmi 16 yaşında olduğuna dair dəlillər toplanıb. “Bütünproqressivlər konqresi” partiyasının üzvləri əvvəlcə öz namizədini müdafiə etməyə çalışıblar. Lakin faktların təzyiqi altında tez bir zamanda Bubadan imtina edərək partiyadan çıxardıblar.

Bəxtiyar CƏFƏRLİ