Advertisment

Ukraynanın son həmlələri Putin üçün eyni anda dörd problem yaradıb

Ukrayna uzun və orta mənzilli Rusiya hədəflərini vurmaq üçün çoxsaylı dron və raketlərdən istifadə edir və Rusiya ordusuna ciddi ziyan vurur.

Herbiand.az xəbər verir ki, “Bild” nəşri Ukraynanın son hücumlarının Rusiya lideri Vladimir Putin üçün dörd ciddi problem yaratdığını yazıb.

Nəşr hesab edir ki, 1.Cəbhədə çıxılmaz vəziyyət yaranıb;

2. Hərbi logistikada problemlər var;

3. Krımı müdafiə edə bilməmək siyasi yükə çevrilib;

4. Müharibə ruslar üçün gündəlik reallığa çevrilib.