Advertisment

Lukaşenkonun Çin səfərinin konteksti

Xəbər verdiyimiz kimi Belarus Prezidenti Lukaşenki Çindədir.

Pekində onun Çin lideri Si Cinpin ilə görüşü baş tutub.

Bu səfərin konteksti indi siyasi şərhçilərin daha çox diqqətini çəkir.

Ukrayna lideri Züelenski Belarusa xəbərdarlıq etdi. Lukaşenko hətta Ukraynadan üzr isəyəcək qədər yumuşaq davranmağa üstünlük verdi. Bundan sonra Lukaşenko Putinin qəbuluna yollandı.

Ötən həftə Lukaşenki Valdaydakı Rusiya prezident iqamətgahında Vladimir Putinlə danışıqlar apardı. Görüş qapalı qapılar arxasında keçirildi və təxminən beş saat davam etdi.

Məhz bundan sonra Belarus prezidenti Çinə yollandı.

Beləliklə Lukaşenkonun Çinə səfəri Belarus və Ukrayna arasında artan gərginlik fonunda baş tutdu: Ukrayna prezidenti Volodymyr Zelensky iddia edir ki, Putin Lukaşenkonu Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini artırmağa inandırmağa çalışır.

Çin Lukaşenkonun Şərqi və Cənub-Şərqi Asiyaya genişmiqyaslı turnesində iştirak edən ilk ölkədir.