Ukraynanın işğal olunmuş Krımda hərbi, enerji və logistika infrastrukturuna hücumları Rusiya prezidenti Vladimir Putini yeni riskli addımlar atmağa məcbur edə bilər.
Herbiand.az xəbər verir ki, "The Telegraph" qəzetində dərc olunan məqalədə bildirilir ki, Krım tarixən Rusiyanın qonşuları və Qərblə münaqişəsinin əsas qaynar nöqtələrindən biri olub. 2014-cü ildə yarımadanı ilhaq etdikdən sonra Moskva Qərbdən ciddi hərbi cavab almadan ərazi üzərində nəzarəti möhkəmləndirmək imkanı əldə etdi.
Nəşrin qeyd etdiyi kimi, NATO-nun o dövrdə özünü sanksiyalar və siyasi bəyanatlarla məhdudlaşdırmaq qərarı Kremldə Ukrayna ərazisinin qanunsuz ələ keçirilməsinin ciddi nəticələrə səbəb olmayacağı təəssüratını yaratdı.
"The Telegraph" qəzetinin məlumatına görə, Putin Krıma edilən hücumlara cavab axtarır və ciddi eskalasiyaya əl ata bilər.