ABŞ Prezidenti Donald Trampın Çinin ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı iddiası tamamilə uydurma və böhtandır.
Herbiand.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cyan ABŞ liderinin iddiaları ilə bağlı açıqlamasında bildirib.
"Amerika tərəfinin bu cür açıqlamaları tamamilə uydurma və qərəzli böhtandır. Çin həmişə digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb, buna heç bir maraq göstərməyib və heç vaxt ABŞ-dakı seçkilərə müdaxilə etməyib", - deyə o, brifinqdə ABŞ liderinin açıqlamasını şərh edərkən bildirib.