Advertisment

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 746 milyon manatı ötüb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 746 milyon 30 min 200 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Ticarət şəbəkəsində 384 milyon 205 min 600 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 361 milyon 824 min 600 manatlıq qeyri-qida məhsulları satılıb.