Adı açıqlanmayan Suriya hərbi mənbəyi Homs əyalətinin cənub-şərqindəki əl-Tanf bazasına hücum edildiyini təkzib edib.
Herbiand.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.
Suriya mənbəsi əl-Tanf bazasında Amerika hərbi qüvvələrinin olmadığını vurğulayıb. Bundan əlavə, Suriya hərbi mənbəyi “Reuters” agentliyinə bildirib ki, İran əl-Tanf bölgəsinə hücum edib, lakin bazanın özünə hücum etməyib.
Mənbə itki və ya maddi ziyan barədə heç bir məlumatın olmadığını bildirib. İran əvvəllər əl-Tanfdakı ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə hücum elan etmişdi.
Xatırladaq ki, ABŞ on ildən çoxdur ki, orada olan hərbi qüvvələrinin fevral ayında əl-Tanf bazasından çıxarıldığını elan edib.