Advertisment

Tramp İranı yenə hədələdi - sanksiyalarla

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı yeni və daha sərt sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri bildirib ki, Vaşinqtonun İranı hədəf alan daha sərt iqtisadi məhdudiyyətlər tətbiq etmək imkanları genişdir. Onun sözlərinə görə, yeni sanksiyaların tətbiqi ilə bağlı yekun qərar bölgədə və İranla münasibətlərdə yaranacaq vəziyyətdən asılı olacaq.

Trampın açıqlaması ABŞ-ın Tehran üzərində iqtisadi təzyiqi daha da artırmaq niyyətində olduğu barədə son günlər səsləndirilən mesajların fonunda verilib.