Yeni müharibədə daha dağıdıcı silahlardan istifadə edəcəyik.
Herbiand.az -ın xəbərinə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Hüseyn Möhebbi “Defa Press”ə müsahibəsində deyib.
Möhebbi bildirib ki, yeni müharibə başlayacağı təqdirdə, İranın istifadə edəcəyi silahlar əvvəlkindən tamamilə fərqli olacaq.
“Bu fərq döyüş başlığının nəsli, zərbənin dəqiqliyi, raketlərin mənzili və ya digər istənilən sahədə özünü göstərə bilər”, – SEPAH sözçüsü qeyd edib.
Mohebbi vurğulayıb ki, İran İslam Respublikası silahların istehsalında və onların inkişaf etdirilməsində heç vaxt fasilə verməyib.