Advertisment

"Danışıqlar zamanı İran öz gücünə, milli maraqlarına, ləyaqət və uzaqgörənliyə əsaslanır"

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün danışıqların Tehran üçün geri addım və ya təslimiyyət kimi qiymətləndirilməməli olduğunu bildirib.

Pezeşkian Tehranın diplomatik prosesə açıq olduğunu deyib.

İran Prezidenti ölkəsinin ərazi bütövlüyünün qorunmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, müharibə İranın qarşıya qoyduğu məqsəd deyil və Tehran münaqişənin başa çatmasında maraqlıdır.

Pezeşkian qeyd edib ki, danışıqlar zamanı İran öz gücünə, milli maraqlarına, ləyaqət və uzaqgörənliyə əsaslanaraq mərhələli şəkildə hərəkət edəcək. O, əsas məqsədlər sırasında müharibəyə son qoyulmasını, blokadanın aradan qaldırılmasını, dondurulmuş maliyyə vəsaitlərinin sərbəstləşdirilməsini, daha sonra isə nüvə məsələsi üzrə danışıqların aparılmasını göstərib.

İran lideri ABŞ-la dialoqun ölkənin mövqeyindən imtina etməsi anlamına gəlmədiyini xüsusi olaraq vurğulayıb.

Pezeşkian Çin nümunəsinə də toxunaraq bildirib ki, dövlətlər iqtisadi rəqabət şəraitində milli maraqlarını qorumaqla və öz imkanlarını gücləndirməklə beynəlxalq mövqelərini möhkəmləndirə bilərlər.