ABŞ hərbçilərinin İranla razılaşdırılmadan Hörmüz boğazından böyük həcmdə neft daşınmasını təmin edən gizli marşrut yaratdığı bildirilir.
“Axios”un iki ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, əməliyyat çərçivəsində hər gecə 15-20 neft tankeri boğazın Oman sahillərinə yaxın cənub kanalından keçir.
Məlumata əsasən, bu marşrut vasitəsilə Yaxın Şərqdən hər gün milyonlarla barel neftin dünya bazarlarına çıxarılması təmin olunur. Bəzi ABŞ rəsmiləri gündəlik həcmin təxminən 10 milyon barelə çatdığını bildirirlər.