Advertisment

İran neft ixracı sıfır həddindədir

İranın xarici bazarlara neft ixracı faktiki olaraq dayanıb.

Bu barədə İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti “Mehr” agentliyinə açıqlamasında məlumat verib.

Himməti bildirib ki, mövcud şəraitdə ölkənin neft ixracı praktiki olaraq həyata keçirilmir. Bununla belə, o, yaranmış vəziyyətin əhalinin əsas ərzaq və dərman məhsulları ilə təminatına ciddi təsir göstərəcəyi ilə bağlı narahatlığa əsas olmadığını vurğulayıb.

Qeyd edək ki, İranın neft ixracına dair son aylarda ziddiyyətli açıqlamalar səslənib.