Advertisment

Medvedev: Moskva Qərbin Rusiya əleyhinə atdığı heç bir addımı unutmayacaq

Rusiya hakimiyyəti Qərbin bütün dost olmayan hərəkətlərini yaddaşda saxlayacaq. Bura Sovet abidələrinin sökülməsi, rus dilinin basdırılması və digər düşmənçilik hərəkətləri daxildir.

Herbiand.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu mövqeyi "Yujnaya Osetiya" nəşrinə verdiyi müsahibədə bildirib.

Medvedev müsahibə zamanı Qərb ölkələrində həyəcan verici tendensiyalara diqqət çəkib: “Hazırda ekstremizmin artdığını və nasist cinayətkarlarının açıq şəkildə tərifləndiyini müşahidə edirik. Bu, nəyə gətirib çıxaracaq? Əgər kimsə hər şeyin "düzüləcəyi" bir vaxtın gələcəyini düşünürsə, mən onları məyus edəcəm. Biz heç bir Rusiya əleyhinə hərəkəti unutmayacağıq”.

Təhlükəsizlik Şurasının sədr müavini, həmçinin Qərb tərəfdaşlarının ikili standartlara riayət etməyə davam edəcəyinə əminliyini ifadə edib: “Onlar ən inandırıcı arqumentlərlə qarşılaşsalar belə, Rusiya Federasiyasına qarşı düşmənçilik xəttini davam etdirəcəklər”.

Bəxtiyar CƏFƏRLİ