Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Rusiyanın "Oreshnik" orta mənzilli ballistik raketi üçün mümkün hədəf kimi Avropada dron istehsalı edən müəssisəni nəzərdən keçirməyi təklif edib.
Herbiand.az xəbər verir ki, o, bu barədə yerli mətbuata bildirib.
Deputatın sözlərinə görə, Rusiya ordusu "Oreshnik"dən yalnız xüsusi hallarda istifadə edir, lakin onun buraxılışı Qərbdə narahatlıq doğurur: “Buna görə də, sonradan Rusiya ərazisinə hücumlar üçün istifadə edilən PUA istehsal edən Avropa şirkətlərindən birinə zərbə endirməyi nəzərdən keçirmək lazımdır”.
O, həmçinin mümkün raket buraxılışının vaxtını da müzakirə edib: “Hesab edirəm ki, əksər hallarda olduğu kimi, zərbəni gecə deyil, gündüz vaxtı endirmək daha məqsədəuyğun olardı. Bu, istehsal müəssisələrini və dron istehsalında iştirak edən mütəxəssisləri eyni vaxtda hədəf almağa imkan verəcək”.
Lakin deputat qeyd edib ki, Rusiya Baş Qərargahının planlarını nəzərə almadan "Oreshnik"in istifadəsi üçün mümkün ssenariləri müzakirə etmək mənasızdır.
Bəxtiyar CƏFƏRLİ