“TulaDron” pilotsuz uçuş sistemləri üzrə tədqiqat və istehsal mərkəzinin baş direktoru Yevgeni Qriqoryev fırıldaqçılıqda şübhəli bilinərək həbs edilib.
Herbiand.az bildirir ki, yerli "Tulskiye novosti" və "Myslo" nəşrlərinin verdiyi məlumata görə, o, 14 avqustda saxlanılıb və iki ay müddətinə həbs edilib.
Jurnalistlərin məlumatına görə, Qriqoryev Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (külli miqdarda fırıldaqçılıq) ilə ittiham olunur.
İşin təfərrüatları hələlik məlum deyil.
“TulaDron” tədqiqat və istehsal mərkəzi 2025-ci ilin sonlarında "Pilotsuz Uçuş Sistemləri" milli layihəsinin bir hissəsi olaraq açılıb. Ötən yay qubernator Dmitri Milyayev mərkəzin yaradılması üçün 1 milyard rubldan çox vəsaitin ayrıldığını, bunun təxminən 700 milyonunun federal vəsaitlərdən gəldiyini bildirib. Gözlənilirdi ki, Tula bölgəsi dronların hazırlanması və istehsalı üzrə Rusiyada ən böyük 10 mərkəzdən birinə çevriləcək.
Bəxtiyar CƏFƏRLİ