Rusiya Dövlət Dumasının üzvü, “Yabloko” partiyasını təmsil edən siyasətçi Artyom Sneqovski həbs edilib.
Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, o, cəmiyyətdə silahlı qüvvələr haqqında mənfi rəy formalaşdırmaqda ittiham edilir. Məlumata görə, siyasətçi “Marino” Polis İdarəsinə aparılıb.
Qeyd edək ki, avqustun 10-da Rusiya Ali Məhkəməsi “Rodina” partiyasının iddiasını təmin edərək IX çağırış Dövlət Dumasına seçkilərdə “Yabloko”nun federal namizədlər siyahısının qeydiyyatını ləğv edib. Buna əsas kimi namizədlərin xaricdən maliyyələşməsi və digər səbəblər göstərilir.
Qeyd olunur ki, “Yabloko”nun 74 nümayəndəsi məhkəmədə 2023-cü ilin aprelindən 2026-cı ilin avqust ayına qədər 310 əcnəbi şəxsdən aldıqları 80 milyon rublun hesabatını verə bilməyib.