Advertisment

Ərdoğanla Putin Qara dənizdəki vəziyyəti müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin təktəbək görüşdə Qara dəniz ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Müzakirə saat yarım davam edib.

Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya hökuməti başçısının köməkçisi Yuri Uşakov bildirib.

Prezidentlərin görüşü Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində baş tutub.

Sesssiyanın açılışı çərçivəsində iki ölkə lideri qarşılıqlı iqtisadi əlaqələr və infrastruktur layihələrinin inkişafı, o cümlədən “Akkuyu” AES-in tikintisi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə iki türk gəmisinə hücumu ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.  Diplomata bu insidentlərlə bağlı Ankaranın mövqeyi çatdırılıb.

Həmçinin Qara dənizdə insanların can və əmlakın təhlükəsizliyinin, gəmiçiliyin və ekoloji tarazlığın qorunmasının vacibliyi səfirin diqqətinə çatdırılıb.

Herbiand.az