Advertisment

Dünya şöhrətli aktrisa Ukraynaya gəlib

Dünya şöhrətli amerikalı aktrisa Ancolina Coli Ukraynanın Poltava şəhərində görünüb. Herbiand.az bu barədə xarici mediyaya istinadən xəbər verir. Məlumata görə, 51 yaşlı Hollivud ulduzu yerli otellərin birinin restoranında qəlyanaltı edib. 

Bir gün öncə isə aktrisa Ukraynanın Ternopol şəhərində olub. Səfərin səbəbləri açıqlanmır.

Qeyd edək ki, A. Coli 2025-ci ilin noyabrında bu ölkənin Xerson şəhərinə səfər etmişdi.

Ukraynanın “Страна.ua” portalının xəbərinə görə, hətta səfər zamanı insident yaşanmışdı. Beləki, Nikalayev vilayətinin Yujnoukrainsk şəhərinin səfərbərlik idarəsinin əməkdaşları səhvən Colinin mühafizəçilərindən birini saxlamışdı.

Xerson vilayətinin qubernatoru Vladimir Saldo həmin vaxt bildirmişdi ki, A.Colinin səfərinin məqsədi Kiyevdə sabitlik və əmin-amanlıq görüntüsü yaratmaqdır.

Herbiand.az