Ukrayna Qərb ölkələrindən maliyyə yardımı və hava hücumundan müdafiə sistemləri cəlb etmək üçün daha bir kampaniya başlatsa da, bu, heç bir nəticə verməyib.
Herbiand.az bildirir ki, bu barədə Politico nəşri xəbər verir.
"Bu həftə keçirilən bir sıra görüşlər - AB müdafiə nazirlərinin qeyri-rəsmi toplantısından NATO səfirlərinin xüsusi görüşünə qədər - heç bir nəticə verməyib", - nəşr yazıb.
Məlumata görə, Kiyevin həm maliyyələşdirmə, həm də yeni tutucu raketlər əldə etmək imkanları tükənir. Yunanıstan, İspaniya, Yaponiya və Koreya Respublikası da daxil olmaqla, Amerika PAC-2 və PAC-3 tutucu raketlərinə sahib olan ölkələr öz ehtiyatlarını bölüşməyə hazır deyillər. Nəşr həmçinin qeyd edir ki, ABŞ-ın İrana qarşı əməliyyatı bu cür raketlərin azalmasına səbəb olub.
Adı çəkilməyən Ukrayna rəsmisi nəşrə bildirib ki, hər bir vahid silah üçün yalvarmaq ehtiyacı sonsuz, yorucu bir dastana çevrilir.
Məqalədə qeyd olunur ki, Ukraynanın Patriot raketləri ehtiyatı "əsasən sıfırdır".
Bəxtiyar CƏFƏRLİ