Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi səfərlə İrana gedib.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Ararat Mirzoyanın İranın xarici işlər naziri Abbas Əraqçi, eləcə də ölkənin ali rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Tərəflərin ikitərəfli münasibətlərin inkişafı, regional əməkdaşlıq, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir. İran XİN də səfərin Tehran və İrəvan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirildiyini açıqlayıb