Advertisment

Bakıda «Mavi günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq

30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey-Qoruğu tərəfindən hazırlanmış “Mavi Günbəzin Sirri” adlı beynəlxalq sərgi açılacaq.

Sərgi Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiyaNazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Türk Mədəniyyəti və İrsiFondunun dəstəyi ilə mədəni-humanitar əməkdaşlığın inkişafı və türk xalqlarının ortaqirsinin təbliği çərçivəsində keçirilir.

Layihə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Hoca Əhməd Yasəvi irsinin Qazaxıstanda və xaricdə öyrənilməsi, qorunması və geniş şəkildə təbliğinə dair tapşırıqlarının icrası istiqamətində həyata keçirilən sistemli işlərin davamıdır.

Ekspozisiya ziyarətçiləri qədim Türküstanın zəngin tarixi-mədəni irsi ilə tanış edir və Hoca Əhməd Yasəvi məqbərəsininorta əsr memarlığının görkəmli abidəsi və regionun mühüm mənəvi mərkəzlərindən birikimi əhəmiyyətini nümayiş etdirir.

Sərgidə məqbərənin memarlığına və epiqrafikasına xüsusi diqqət yetirilir. Ziyarətçilər XII əsrə aidorijinalterrakota plitələrini, XIV əsrə aidşirli kaşı fraqmentlərini, mayolika və mozaika elementlərini, həmçinin məqbərəni bəzəyən nadirkufi yazılarının və ərəb xəttatlığı nümunələrinin fotoşəkillərini görə biləcəklər.
Ekspozisiyanın mərkəzi hissəsində Hoca Əhməd Yasəvi məqbərəsinin ikimaketi təqdim olunur. Maketlərdən birikompleksindaxiliquruluşunu və əsas məkanlarının yerləşməsini nümayişetdirir, digəri isə abidənin bütöv memarlıq görünüşünü əks etdirir.

Sərginin ayrıca bölməsi Hoca Əhməd Yasəvinin mənəvi və intellektual irsinə həsr olunub. BuradaYasəvi irsi ilə bağlı əlyazmalar və materiallar, “Nəsəbnamə” -şəcərə, eləcə də onun davamçılarının kitabları təqdim olunur. Bu materiallar Yasəvi təliminin türk xalqlarının mənəvi ənənələrinə göstərdiyi dərin təsiri əks etdirir.

Sərginin Bakıda keçirilməsi Qazaxıstan və Azərbaycan arasında mədəni əlaqələrin dahada möhkəmləndirilməsinə, muzeylərarası əməkdaşlığın inkişafına və türk sivilizasiyasının zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə töhfə verməyi hədəfləyir.

Sərginin təntənəli açılış mərasimi 30 sentyabr 2026-cı il tarixində saat 11:00-da Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.