Advertisment

Mahir Emrelinin hərbi salamı gündəm oldu-“Bu futbolçular millidən qovulmalıdır"

UEFA Millətlər Liqasının 2-ci turunda  Azərbaycan millisi ilə Litva yığması arasında Kaunasda baş tutmuş oyunda maraqlı ahdisə baş verib. 14-cü dəqiqədə cavab qolunu vuran Mahir Emreli hərbi salam verib və komanda yoldaşlarını da buna dəvət edib.
Herbiand.az-a açıqlamasında vətəndaş cəmiyyəti fəalı Elman Cəfərli Mahir Emrelinin bu hərəkətini təqdir edib. 

“Bu jest milli komandanın oyununda milli ruhu ifadə edən simvolik davranış kimi qiymətləndirilə bilər. Lakin futbolçuların meydandakı jestlərinin dini və ya siyasi məzmun daşıması cəmiyyətdə fərqli reaksiyalara səbəb ola bilər”. 

Onun sözlərinə görə, milli komandanı təmsil edən futbolçuların davranışlarında ölkənin milli dəyərlərinə və cəmiyyətin həssaslığına diqqət yetirməsi vacibdir: “Biz dünyəvi dövlətik, təhsilimiz və qanunlarımız dünyəvi prinsiplərə əsaslanır. 

Futbol kütləvi idman növü olduğundan futbolçuların meydandakı davranışları, jestləri və mesajları geniş auditoriyaya çatır. Buna görə də idmançıların davranışlarında milli həmrəyliyi və vətənpərvərliyi təşviq edən nümunələrin önə çıxarılması daha məqsədəuyğundur. Dünənki hərəkətinə görə Mahir Emreliyə təşəkkür düşür”.
Elman Cəfərli qeyd edib ki, milli komandanın baş məşqçisi Ayxan Abbasovun komandanın ruhuna və nizam-intizamına verdiyi önəm də diqqət çəkir.
 
“Klubların baş məşqçiləri də futbolçularla tərbiyəvi və maarifləndirici iş aparmalıdırlar. Dini-siyasi məzmun daşıyan jestlər nümayiş etdirən futbolçularla bağlı komanda daxilində müvafiq izahat və xəbərdarlıq tədbirləri görülə bilər. Təkrar hallarda isə federasiyanın daxili qaydaları və nizam-intizam prosedurları çərçivəsində tədbir görülməsi mümkündür”.

Yunis
Hebriand.az