Advertisment

Yəməndə müharibə yenidən kəskinləşir – SON VƏZİYYƏT

Yəməndə hökumət qüvvələri ilə husilər arasında döyüşlər kəskinləşib. Hökumət qüvvələri husilərin nəzarətində olan paytaxt Səna və digər bölgələrdəki mövqelərə zərbələr endirib.  

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bazar günü Taiz istiqamətində husilərin qüvvələrinə qarşı 97 dəqiq zərbə həyata keçirildiyini açıqlayıb. Yəmən hökumət qüvvələrinin məlumatına görə, əvvəlki əməliyyatlarda isə 257 hədəfə zərbə endirilib və azı 700 husi öldürülüb. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Husilər isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Aramco” obyektini ballistik raketlər və dronlarla vurduqlarını bildiriblər. Qrup hücumdan sonra ərazidə yanğın baş verdiyini iddia edib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bu məlumatı təkzib edib. Döyüşlərin əsas istiqamətlərindən biri Taiz bölgəsidir. Son həftələrdə qarşıdurmalar on minlərlə insanı evlərini tərk etməyə məcbur edib. BMT-nin Ümumdünya Ərzaq Proqramı hökumətin nəzarətindəki bəzi ərazilərdə ailələrin 74 faizinin kifayət qədər ərzaq əldə edə bilmədiyini açıqlayıb.

Gərginliyin artması Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlığı da artırıb. Səudiyyə Ərəbistanının husilərə qarşı daha geniş hərbi əməliyyata hazırlaşdığı bildirilir.

APA