Oktyabrın 2-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Respublikasının Xarici İşlər naziri Muxtar Tleuberdi arasında görüş keçirilib.
Görüş zamanı professor Aktotı Raimkulova Fondun 2024–2026-cı illər üzrə fəaliyyətinin əsas nəticələrini təqdim edib. Xüsusi diqqət türk xalqlarının mədəni irsinin qorunması və öyrənilməsi, eləcə də onun beynəlxalq səviyyədə geniş təbliği istiqamətində həyata keçirilən layihələrə yönəldilib.
Tərəflər Fondun qarşıdakı illər üçün fəaliyyətinin prioritet istiqamətlərini, türk dünyası ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş planlaşdırılan təşəbbüsləri, həmçinin Qazaxıstanla mədəniyyət və mədəni irs sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.