Advertisment

Lənkəranda turizmə yeni nəfəs: həm istirahət, həm çay emalı-FOTO

Lənkəran rayonunun səfalı İstisu qəsəbəsində yerləşən “Nilado Green Hotel & Restoran” kompleksi özünün fərqli konsepsiyası ilə regional turizmə yeni nəfəs gətirir. 2021-ci ildən rəsmi olaraq fəaliyyət göstərən kompleks qonaqlara həm rahat istirahət, həm də yerli çayçılıq ənənələri ilə yaxından tanış olmaq imkanı yaradır.

Hebriand.az xəbər verir ki, kompleks təkcə otel və restoran xidmətləri ilə kifayətlənmir, həm də özünəməxsus çay emalı zavodu və satış mərkəzini bünyəsində birləşdirir. Bura gələn ziyarətçilər yaşıl çay zəmilərinin gözoxşayan mənzərəsini seyr etməklə yanaşı, çayın toplanması və emalı prosesi ilə də əyani tanış ola bilirlər.

Təbiətlə iç-içə məkanda yerləşən kompleks, Lənkəranın zəngin mətbəxini təqdim edən restoranı və müasir otel infrastrukturu ilə həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edir.

2021-ci ildən etibarən qapılarını qonaqların üzünə açan “Nilado Green Hotel & Restoran”, Cənub bölgəsində ekoturizm və aqroturizmin inkişafına mühüm töhfə verməkdə davam edir.
 

Məhəmməd Əliyev
Herbiand.az