Advertisment

Zəngilanda bayram ab-havası: Şəhər günü təntənə ilə qeyd olunur

Zəngilanda 20 Oktyabr – Şəhər Günü münasibətilə bayram tədbirləri keçirilir.

Herbiand.az-n bölgə müxbirinin verdiyi xəbərə görə, şəhərdə təşkil olunan tədbirlər musiqi sədaları altında, əsl bayram ab-havasında davam edir.

Bayram məkanında Qarabağı əks etdirən bannerlər asılıb, milli ornamentlərlə bəzədilmiş toxuculuq nümunələri nümayiş etdirilib.

Həmçinin müxtəlif çeşiddə milli şirniyyatlar sərgilənib, Azərbaycan xalqının zəngin mətbəx ənənələri təqdim olunub.

Qonaqlar üçün açılan bayram süfrəsində milli mətbəximizin sevilən təamlarından olan plov təqdim edilib.

Tədbir iştirakçıları musiqi nömrələrini dinləyib, milli adət-ənənələrimizi əks etdirən sərgilərlə tanış olublar.

Aydın

Herbiand.az