Advertisment

Güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Krımın Yalta şəhərində yağan güclü yağışlar ciddi fəsadlar yaradıb. Herbiand xəbər verir ki, güclü dağıntılar səbəbindən bölgədə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

TASS agentliyinin Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı məlumata görə,  oktyabrın 17-dən 19-dək Yaltada 400 millimetrdən çox yağıntı qeydə alınıb.

Əlverişsiz hava şəraiti nəticəsində Yalta, Aluşta, Sudak, Feodosiya və Baxçasaray rayonunda ağaclar və işıqlandırma dirəkləri aşıb.

Ən ağır vəziyyət Krımın cənub sahilində yerləşən Koreiz qəsəbəsində yaranıb və daşqınların qarşısını almaq üçün 295 qum kisəsindən istifadə edilməklə iki müvəqqəti bənd qurulub.

Qəsəbədə Uzen-Çeşme çayının məcrasından çıxması nəticəsində güclü sel yaranıb, aralarında 11 yaşlı qızın da olduğu beş nəfər xilas edilib.

Sudak şəhərində isə leysan yağışları nəticəsində bir neçə fərdi yaşayış evini su basıb.

Aydın

Hebriand.az