Advertisment

Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb

Rusiya ABŞ-ın Kubanın keçmiş prezidenti Raul Kastronun həbsi barədə order verməsini qınayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"30 ildən çox vaxt keçdikdən sonra əsassız, uydurma ittihamın irəli sürülməsi Mayamidəki anti-Kuba lobbisinin qisasından, iyun ayında 95 yaşını qeyd edən Raul Kastro ilə hesablaşmaq istəyindən başqa bir şey deyil", - bəyanatda qeyd edilib.

Rusiya XİN-nin bəyanatında bildirilib ki, Amerika embarqosu səbəbindən çətin günlər yaşayan Kubada vəziyyətin daha da gərginləşməsi adada sosial iğtişaşlar, kubalıların regiondakı ölkələrə kütləvi köçü və bu ölkələrdə böhran riskini yaradır.

Qeyd edək ki, Kastro dörd qətl, iki təyyarənin məhv edilməsi və ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsddə ittiham olunur. Bu ittihamlar 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən mühacir təşkilatına məxsus iki təyyarəni vurduğu hadisə ilə əlaqəli ola bilər.