Bu ilin üçüncü rübündə Azərbaycandan həyata keçirilən səfərlər Gürcüstana 78,8 milyon ABŞ dolları gəlir qazandırıb.
Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.
Ötən ilin eyni dövrünə nisbətdə gəlir 18,6% artıb.
Hesabat dövründə Gürcüstanın beynəlxalq səfərlərdən əldə etdiyi ümumi gəlir 1 milyard 864,4 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 11,9% çoxdur.