“Biznes TV maliyyə baxımından ciddi çətinliklərlə üzləşib. Gündəlik 24 saat yayım həyata keçirən televiziyanın saxlanılması, xərclərin mövcud gəlirlər hesabına qarşılanması çətinləşib və bu vəziyyət əməkdaşların bir hissəsinin işdən ayrılması ilə bağlı ağır qərarların qəbul edilməsinə səbəb olub”.
Herbiand.az xəbər verir ki, bunu Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədov deyib.
Onun sözlərinə görə, sahibkarların fəaliyyətini işıqlandıran, iqtisadi proseslər barədə məlumat verən, biznes ictimaiyyəti ilə cəmiyyət arasında əlaqə yaradan ixtisaslaşmış media platforması olan belə bir televiziyanın davamlı fəaliyyəti sahibkarlıq mühitinin inkişafı, iqtisadi məlumatlılığın artırılması və biznes təşəbbüslərinin təşviqi baxımından əhəmiyyət daşıyır.
“Yaranmış vəziyyət ölkədə ixtisaslaşmış medianın iqtisadi imkanlarının və reklam bazarının mövcud vəziyyətinin müzakirəsini zəruri edir”-deyə, o, bildirib.
Hikmət Məmmədov bildirir ki, Biznes TV-nin qarşılaşdığı çətinliklərə yalnız bir müəssisənin maliyyə problemi kimi yanaşmaq düzgün olmaz: “Ölkədə sahibkarlığın inkişafını, iqtisadi maarifləndirməni və biznes mühitinin işıqlandırılmasını hədəfləyən ixtisaslaşmış media platformalarının davamlılığı daha geniş iqtisadi ekosistemin maraqları ilə bağlıdır”.
Aydın