Advertisment

General Trampı ittiham etdi: Rusiyanın maraqları naminə Ukraynanı zəiflədir

ABŞ prezidenti Donald Tramp qərarları və hərəkətləri ilə Ukraynanın müdafiəsini zəiflədir və Rusiyaya ərazi güzəştləri etmək üçün Kiyevə əlavə təzyiq göstərir.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ ordusunun ehtiyatda olan general-leytenantı Ben Hodjes Euronews-a verdiyi müsahibədə bildirib.

General qeyd edib ki, Tramp heç vaxt Ukraynanı dəstəkləmək niyyətində olmayıb və Rusiyanın tərəfini tutmaq niyyətində olub: “Bütün əlamətlər əvvəldən mövcud idi. Mən bu administrasiyanın Rusiya ilə hərəkətlərinə gəldikdə, istər Ukraynanın xeyrinə, istərsə də əleyhinə olsun, dürüstlüyünə etibar etmirəm. Onun Ukrayna ilə bağlı etdiyi, tamamilə proqnozlaşdırılan idi”.

Hodjes hesab edir ki, Vaşinqton Ukrayna hakimiyyətini müharibəni Rusiyanın işğal olunmuş əraziləri saxlamasına imkan verəcək şərtlərlə dayandırmaq üçün inandırmağa çalışır: "Bu, administrasiyanın lap əvvəldən məqsədi idi. Belə ki, ABŞ Dövlət Katibi Rubio vəzifəsinin ilk həftələrində Ukraynanın müharibəni bitirmək üçün ərazilərinin bir hiisəsindən imtina etməli olacağını demişdi, sanki bu, Manhettendə daşınmaz əmlak sövdələşməsi idi".

Bəxtiyar CƏFƏRLİ