Tanınmış Hollivud aktyoru Nikolas Keyc "Üzsüz" filmi üzərində işləyərkən personajına çox qapıldığını və bir müddət reallığı necə itirdiyi barədə danışıb.
Herbiand.az bildirir ki, 62 yaşlı aktyor bu barədə New York Comic Con festivalında deyib.
N.Keyc xatırlayıb ki, hər şey oynadığı rolun adını dəfələrlə təkrarladığı səhnədə baş verib: "Bir anda mən “Mən Kastor Troyam, mən Kastor Troyam” deyəndə özümə nəzarəti itirdim. Filmə baxsanız, bu görünür. Fikirləşirəm: “Mən kiməm? Bu, gerçəkdirmi? Mənim problemim var? Mən həbsxanadayam?” Və mən özümü itirdim".
Bu gün aktyor əmin edir ki, belə hadisə artıq onun başına gəlmir: "Xoşbəxtlikdən, bu, artıq mənim başıma gəlmir. Bu, karyeramın lap əvvəlində baş vermişdi. Düşünürəm ki, bunu idarə etməyi öyrənmişəm, çünki sənətimi inkişaf etdirmişəm".
Bəxtiyar CƏFƏRLİ