Advertisment

Hücuma məruz qalan qatarda "Lokomotiv"in futbolçuları da olub

Rostov-na-Donudan Moskvaya qayıdan “Lokomotiv” futbol klubunun oyunçularını daşıyan sərnişin qatarı Voronej vilayətində hücuma məruz qalıb. İlkin məlumatlara görə, qatar pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb.

Herbiand.az bildirir ki, bu barədə "Mash na sport" kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hadisə nəticəsində yaralananlar olsa da, futbolçulardan heç kim xəsarət almayıb. Komanda yoluna avtobusla davam edib.

Bəxtiyar CƏFƏRLİ