Advertisment

Ukrayna "Qeran" PUA-nı vurmaq üçün ucuz dron üzərində işləyir

Ukrayna hərbi dizaynerləri hazırda Rusiyanın “Qeran-4” və “Qeran-5” PUA-nı tuta bilən ucuz reaktiv mühərrikli dron üzərində işləyirlər.

Herbiand.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti bildirib.

Nəşr qeyd edib ki, Ukraynanın F-Drones şirkəti Rusiyanın reaktiv mühərrikli dronlarına qarşı durmaq üçün hazırlanmış F-Jet 80 tutucusunu hazırlayır. Onlar aparatı süni intellekt elementləri ilə təchiz etməyi planlaşdırırlar. Bu texnologiyaların hava hədəflərini aşkarlamağa və vurmağa kömək edəcəyi gözlənilir.

Layihənin əsas xüsusiyyətlərindən biri onun nisbətən aşağı qiymətidir. Planlara görə, tək bir F-Jet 80-in qiyməti 7000 dollardan çox olmayacaq. Münasib qiymət seriyalı istehsala keçiddə əsas amil kimi qəbul edilir.

F-Jet 80-in artıq döyüş sınaqlarından keçdiyi və əla nəticələr göstərdiyi bildirilib.

Bəxtiyar CƏFƏRLİ