NATO ölkələrində istehsal olunan dronlar cəbhə xəttində döyüşlərdə və Rusiya ərazisinin dərinliyinə endirilən zərbələr zamanı sınaqdan keçirilir.
Herbiand.az xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, general-leytenant Aptı Alaudinov deyib.
O, qeyd edib ki, bu dronlar müxtəlif növ imkanlara və uçuş məsafələrinə malikdir: “Dronlar kütləvi şəkildə Ukraynaya yerləşdirilir və mülki şəhərlərə, kəndlərə və infrastruktura maksimum ziyan vurmaq üçün Rusiya qüvvələrinə və vasitələrinə qarşı cəbhə xəttində, eləcə də Rusiya ərazisinin dərinliyinə endirilən zərbələr üçün sınaqdan keçirilir”.
Bəxtiyar CƏFƏRLİ