Advertisment

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı bu gün yarımfinal görüşlərində mübarizə aparacaq.

Herbiand.az xəbər verir ki, 79 kiloqram çəki dərəcəsində Cəbrayıl Hacıyev iranlı Məhəmməd Noxodilarimi ilə qarşılaşacaq.

57 kiloqramda isə İslam Bazarqanovun rəqibi ABŞ təmsilçisi Spenser Li olacaq.

Görüşlər Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.