Advertisment

G20 sammiti ətrafında gərginlik: Berlin Ukraynanın iştirakını tələb edir

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampa Rusiya G20 sammiti ilə bağlı şərt irəli sürüb. Herbiand.az xəbər verir ki, Merzin tələbi Rusiya prezdidenti Vladimir Putinlə bağlıdır.  

Kansler bildirib ki, Tramp Putini Mayamidə keçiriləcək sammitə dəvət edərsə, Ukrayna məsələsi müzakirə olunmalıdır.

Onun sözlərinə görə, Ukrayna müzakirə masasında təmsil olunacaqsa, Prezident Volodimir Zelenski də sammitə qatılmalıdır.  Merz əlavə edib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda Kiyevlə yanaşı, Avropa da iştirak etməlidir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın Putinin sammitdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar vermədiyini açıqlayıb.

G20 sammitinin dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılır. Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da Putinin dekabr sammitində iştirakına qarşı çıxış edib.

Aydın

Herbiand.az