Advertisment

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

29 oktyabr Türkiyə tarixinin ən mühüm günlərindən biri – Türkiyə Cümhuriyyətinin elan olunduğu gündür. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti elan edilib. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri isə ortaq tarixi, milli-mənəvi dəyərlərə və çətin sınaqlarda göstərilən qarşılıqlı dəstəyə əsaslanır. 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycan xalqının köməyinə gəlməsi, Bakının işğaldan azad olunmasında iştirakı bu həmrəyliyin parlaq nümunələrindən biridir. Azərbaycan xalqı da Türkiyənin istiqlal mübarizəsinə mənəvi və siyasi dəstək göstərib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana nümayiş etdirdiyi siyasi və mənəvi dəstək iki ölkə arasındakı sarsılmaz birliyin müasir tarixdəki təzahürü olub. Bu gün “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf edən Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin, təhlükəsizliyin və strateji tərəfdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir.

Aydın

Herbiand.az