Advertisment

Poqosyan: Orduda insanlar bəzən bu səbəbdən intihar edir

Orduda bəzi intihar halları müəyyən bir təriqətə mənsubiyyətlə əlaqələndirilir.

Herbiand.az xəbər verir ki, bunu Ermənistan respublikası istintaq komitəsinin sədri Artur Poqosyan parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

O, qeyd edib ki, bizdə intihar etməyə meylli şəxsin intihara təhrik edildiyi hallar var: “Sonuncu hadisədə şəxsin bədənində döymələr aşkar edilib. Mütəxəssislər və psixoloqlar deyirlər ki, bu cür döymələri intihar etməyə meylli insanlar edir”.

Poqosyanın sözlərinə görə, bu məsələ milli təhlükəsizlik baxımından son dərəcə vacibdir.

Xatırladaq ki, oktyabrın 31-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçisi Tiqran Stepanyanın üzərində güllə yarası olan meyiti tapılıb.

Bəxtiyar CƏFƏRLİ