Advertisment

Həyat yoldaşı üçün özünü qurban verdi

Rusiyanın İrkutsk şəhərində maraqlı hadisə baş verib.

Herbiand.az xəbər verir ki, kişi həyat yoldaşını ayının hücumundan xilas etmək üçün özünü təhlükəyə ataraq həlak olub.

Tatarıstanın mərkəzi Kazandan olan ər-arvad iş yoldaşları ilə birlikdə ezamiyyətdə olarkən meşədən çıxan ayı onların qaldığı binaya hücum edib.

Cütlük hamama getməyə hazırlaşarkən heyvan qapıları sındırmağa və pəncərələri dağıdaraq içəri girməyə çalışıb.

Bu zaman kişi ayının diqqətini özünə yönəldərək həyat yoldaşının xilas olması üçün özünü qurban verib.

Qadın ikinci mərtəbənin pəncərəsindən tullanaraq canını qurtarsa da, ayağı ağır sınıb.

Aydın

Herbiand.az