24 sentyabr 2026-cı il tarixində Ankarada Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, türk dünyasının sevilən ziyalısı Qənirə Paşayevanın vəfatının üçüncü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Herbiand.az xəbər verir ki, tədbirdə “Şəhid Analarına Dəstək” İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.
Anım mərasimində Qənirə Paşayevanın Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətindəki xidmətləri xüsusi vurğulanıb.
Bildirilib ki, onun türk dünyasının birliyi, ortaq tarixi və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyəti daim ehtiramla xatırlanacaq.
Tədbir iştirakçıları Qənirə Paşayevanın əziz xatirəsini ehtiramla yad edib, onun xalqımızın yaddaşında silinməz iz qoyduğunu qeyd ediblər.
Yunis