Ukrayna hakimiyyəti hərbçilərin maaşları üçün vəsait çatışmazlığı ilə üzləşir. 2026-cı ilin sonuna qədər maliyyə öhdəliklərini yerinə yetirmək üçün Kiyevə əlavə 2,2 milyard dollar lazım olacaq.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Hesablama Palatasında qeyd olunub.
Audit nəticəsində məlum olub ki, dövlət büdcəsində ayrılan vəsait Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətin və Dövlət Xüsusi Nəqliyyat Xidməti işçilərinin maaşlarını ödəmək üçün kifayət deyil.
Ordunun maliyyələşdirilməsi ilə bağlı problemlər hərbi xərclərin artması və xarici yardımdan asılılıq fonunda yaranıb.
Bəxtiyar CƏFƏRLİ