Advertisment

Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt məqsədlərinə çata bilməyəcək

“Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətin qüruri bilirik”.

Herbiand.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt məqsədlərinə çata bilməyəcək: “TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir”.