Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümünü – 8 Noyabr Zəfər Gününü qeyd edir.
Herbiand.az xəbər verir ki, Zəfər Günü münasibətilə sosial şəbəkələrdə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən videoçarxlar yayımlanıb.
“VMediaPlus” "YouTube" kanalında yayımlanan videoçarxda Azərbaycan Ordusunun zəfər yürüşü, Xudafərin körpüsünün azad edilməsi, eləcə də Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunması ilə bağlı Ali Baş Komandana verilən hərbi raportlar yer alıb.
Videoçarx Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi “Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” bəyanatı ilə yekunlaşır.
Aydın