“Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işlərini böyük təqdirlə izləyirik”.
Herbiand.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Türkiyə Prezidenti bildirib ki, Qarabağın bərpa və yenidən qurulması üçün Azərbaycanla təcrübəni paylaşmağa və töhfə verməyə davam edəcəklər.